SOCAR Qazaxıstanda KIOGE-2024 sərgisində təmsil olunur - FOTOLAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın paytaxtı Almatı şəhərində təşkil olunan Qazaxıstan Beynəlxalq “Neft və Qaz” Sərgi və Konfransı 2024-də (KIOGE-2024) təmsil olunur. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib.

Məlumata görə, KIOGE-2024 sentyabrın 25-də öz işinə başlayıb.

Enerji sektorunun mühüm tədbirlərindən sayılan sərgi və konfrans sentyabrın 27-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə