Mərkəzi Bankın sədri “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi İbrahim Məmmədzadə ilə növbəti görüşü keçirilib. AMB-dan SİA-ya bildirilib ki, görüş zamanı qalibin peşəkar sahədə hədəflərinin reallaşdırılması və mövcud potensialının inkişaf etdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.

Həmçinin qalibin fərdi inkişaf planı üzrə bilik və bacarığının artırılması, eləcə də Mərkəzi Bankda həyata keçirilən təşəbbüslərdə iştirakı istiqamətində müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə