Naxçıvanda 8 ayda 7 mindən çox "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 3 872 müraciət üzrə 7 053 "ASAN İmza" sertifikatı verilib. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bundan başqa, məlumata görə, 8 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 28 165 şəxsi qəbul edib, onlara vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 37 352 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çoxdur.

Hesabat dövründə muxtar respublikada vergi ödəyicilərinə 354 613 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, ödəyicilərlə 62 görüş keçirilib, 454 sayda ünvanlı xidmət göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə