Mikayıl Cabbarov Ali Kibar ilə görüşüb...

Mikayıl Cabbarov Ali Kibar ilə görüşüb...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Kibar Holding” şirkətinin İdarə Heyətinin sədri Ali Kibar ilə görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə birliyi və uğurlu iqtisadi tərəfdaşlıq platformasının birgə təşəbbüslərin reallaşdırılması nəticəsində yeni məzmunlarla zənginləşdiyi diqqətə çatdırılıb.

Tərəflər əlavə dəyər yaradan sahələrdə əməkdaşlığın gücləndirilməsi, sənaye məhsullarının istehsalına investisiya yatırımlarının təşviqi, energetika sektorunda fəal tərəfdaşlığın dəstəklənməsi kimi məsələləri müzakirə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə