İyulun 23-də Bakıda "Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası" (KOBSKA) İctimai Birliyinin təşkilatçılığı ilə "iFest" innovasiya və texnologiya festivalı keçiriləcək. SİA bu barədə assosiasiyaya istinadən xəbər verir.
Məlumata görə, 1 000-dən çox ziyarətçinin qatılacağı festival çərçivəsində 30-a yaxın startapın sərgisi, investor görüşləri ("pitching"), "Startap Forum"un təqdimatı, panel müzakirələri, texnoloji şoular, maraqlı konsert proqramı baş tutacaq.
Silsiləvi xarakter daşıyan festival bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu ilin noyabr ayında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) həsr olunur və "Yaşıl texnologiya-yaşıl dünya naminə" şüarı ilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə