SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb. SOCAR-dan SİA-ya bildirilib ki, təbii qaz tədarükü Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişafını nəzərdə tutan sazişə, həmçinin SOCAR-ın Avropa qaz bazarında kommersiya iştirakının genişləndirilməsi strategiyasına uyğun olaraq həyata keçirilir.
SOCAR, “M-Gaz” və “Asarel Medet” şirkətləri arasında uğurlu əməkdaşlıq nəticəsində Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlanması, həmçinin bu ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində atılan mühüm addımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB