AMB Nyu-York Federal Ehtiyatları Bankı ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Nyu-York Federal Ehtiyatları Bankı arasında əməkdaşlıq imkanları müzakirə edilib. SİA xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Nyu-York Federal Ehtiyatları Bankı ilə görüşümüz ABŞ-yə işgüzar səfər çərçivəsində keçirilən əhəmiyyətli müzakirələrdən biri oldu. Baş vitse-prezident, Mərkəzi bank və beynəlxalq hesablar xidmətlərinin rəhbəri Anne Baumun başçılıq etdiyi nümayəndə heyəti ilə ikitərəfli əlaqələrin perspektivləri, eləcə də Azərbaycan bankları ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq", - deyə T.Kazımov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə