Azərbaycan və Qırğız Respublikası arasında əməkdaşlıq müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva ilə görüşüb. Nazirlikdən SİA-ya bildirilib ki, nazir müavini S. Məmmədov Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal inkişaf təşəbbüslərinin irəliləyişində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri Nuriya Kutnayeva iki ölkə arasında rəqəmsal transformasiya istiqamətində bilik və təcrübə mübadiləsinin önəmli olduğunu xüsusi qeyd edib.

Görüş çərçivəsində Nuriya Kutnayevaya Azərbaycanda rəqəmsallaşma, innovasiyanın təşviqi, İKT üzrə kadr potensialının artırılması, eləcə də, mövcud informasiya sistemləri və bulud həllərinin tətbiqi sahəsində atılan addımlar barədə geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə