Abşeronda yeni qəsəbə yaradılır

Abşerondakı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir. SİA xəbər verir ki, bu, “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Abşeron rayonunun inzibati ərazisində salınmış “Şəfəq” adlı yeni yaşayış məntəqəsinə qəsəbə statusu verilir.

Qanun layihəsi birinci oxunuşda müzakirədən sonra qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə