Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA ) müvəkkil bankları fermerlər üçün yeni məhsul təqdim edəcək. SİA xəbər verir ki, bunu AKİA-nın sədr müavini Mehman İsmayılov bildirib.
Onun sözlərinə görə, yeni məhsul kənd təsərrüfatı məhsullarının istehsalçılarının faiz xərcini dövlətin ödəməsini nəzərdə tutur: "Banklar öz vəsaitləri hesabına kredit veriləcək və onların faizini dövlət qarşılayacaq. Bu layihə imzalanmaq üçün aidiyyəti qurumlara təqdim edilib. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB