"Sosial paketin dərinləşməsi prioritetliyini qoruyub saxlayır" - İQTİSADÇI-EKSPERT

"Sosial paketin dərinləşməsi prioritetliyini qoruyub saxlayır" - İQTİSADÇI-EKSPERT

"2024-cü ildə də sosial təminat tədbirlərinin genişləndirilməsi, vətəndaşlar və pensiyaçılarımızın sosial rifahhının yaxşılaşdırılması prioritet məsələlərdəndir. 2023-cü ildə orta aylıq əmək haqqındakı artım tempinə uyğun olaraq, pensiyaların indeksləşdirilməsi və artırılması reallaşdırıldı". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu pensiyaçılarımızın əmək pensiyalarında 11.2 faiz artım deməkdir: "Bu da nəticə etibarilə pensiya artımlarının daha da genişləndirilməsi və bütövlükdə pensiyaçıların sosial təminatının gücləndirilməsini ehtiva edir.

Qərar bir tərəfdən 1.1 milyon vətəndaşımızı əhatə edəcək ki, onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir. Eyni zamanda həm də orta, median və yaşa görə orta pensiya məbləğlərinin artmasına şərait yaradacaq. Bu baxımdan ümumilikdə pensiyaların artırılması ilə bağlı addım vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması baxımından vacib idi. Bütün bunlar göstərir ki, 2024-cü ildə də sosial tədbirlərin genişləndirilməsi və sosial paketin dərinləşməsi prioritetliyini qoruyub saxlayır".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə