Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulur

Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulur

2040-cı ilədək Xırdalan şəhərinə metro xəttinin çəkilməsi nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Baş planda qeyd olunub ki, 2040-cı ilədək "28 May" stansiyasının yenidən qurulması daxil olmaqla metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,6 km-dən 73,4 km-ə, stansiyaların sayının isə 25-dən 46-ya çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə