Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsi 620 mln. dolları ötüb
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsi 622 milyon 239 min dollar təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Rumıniyaya ixracın həcmi 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 45.3% artaraq 561 milyon 748 min dollara bərabər olub.
Eyni dövrdə Rumıniyadan Azərbaycana ixracın həcmi isə 10.2% azalaraq 60 milyon 491 min dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB