"Azad olunmuş ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir"
"Hazırda işğaldan azad olunmuş ərazilərdə ekoloji qiymətləndirmə və bərpa işləri davam edir. Axan çaylar üzərində 11 avtomat hidroloji stansiya, 6 avtomat meteoroloji stansiyası quraşdırılıb". SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyası II Meteorologiya Forumunda deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı müvafiq Sərəncamına əsasən qarşıdakı illər ərzində bu müşahidə şəbəkəsi daha da genişlənəcək: "Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanına çevirəcək. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə