"Cari ildə qlobal iqtisadiyyat kifayət qədər təzyiqə məruz qalıb"
"2023-cü il həm dünyada baş vermiş geoiqtisadi və geosiyasi gərginlik, həm münaqişələrin davam etməsi, həm də tənzimləyicilərin humanitar siyasəti sərtləşdirilməsi fonunda qlobal iqtisadiyyat kifayət qədər təzyiqə məruz qalıb. Pandemiyadan sonra ticarət zənciri bərpa edilməyə başlasa da, iqtisadi artıma təsir güclənib". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda deyib.
F.Osmanov bildirib ki, hesabat dövründə POS-terminallarla həyata keçirilən ödənişlərdə token əməliyyatlarının xüsusi çəkisi 27 % olub: "Bundan başqa, AMB rəsmisi deyib ki, 9 ay ərzində cari hesablar üzərindən aparılan müştəri köçürmələrində internet bankçılığının payı 80 % təşkil edib. Son 1 ildə kartlarla keçirilən aktiv ödənişlərin məbləği isə 2 dəfə artaraq 33 milyard manata çatıb".
"Ötən illərdə nağdsız dövriyyənin xüsusi çəkisi 1-2 faiz bəndi artığı halda bu ilin ötən dövründə 12,4 faiz bəndi artaraq 54 %-i keçib", - deyə Baş direktor əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB