“Dəmir pulların yenilənməsi pul dövriyyəsinin stabil fəaliyyəti baxımından vacibdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Dəmir pullar və kağız əskinasların mütəmadi olaraq yenilənməsi həyata keçirilir. Bu yenilənmə bütövlükdə pul dövriyyəsinin daha stabil fəaliyyəti baxımından vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, yeni qəpiklərin dövriyyəyə buraxılması da məhz pul dövriyyəsinin yenilənməsi məqsədini daşıyır: “Biz təklif edirik ki, istifadə olunan yeni qəpik pulların dövriyyəyə buraxılması ilə yanaşı, həm də yeni kağız əskinasların dövriyyəyə buraxılması daha məqsədə uyğun olardı. Bir sıra ölkələrdə 1 və 5 ilə yanaşı, 2 və 3 nömrəli əskinaslar da mövcuddur. Azərbaycanda da bu cür kiçik nömrəli əskinasların dövriyyəyə buraxılması yaxşı olardı”.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB