Daşkəsəndə sənaye məhsulunun 96,1 faizi mədənçıxarma sənayesinin payına düşüb
Daşkəsən rayonunda sənaye müəssisələri, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən 2023-cü ilin yanvar-iyun aylarında 83 milyon 920,2 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Rayonun statistika idarəsindən SİA-ya verilən məlumata görə, ümumi istehsalın 98,8 faizi və ya 82 milyon 882,6 min manatı sənaye məhsullarının istehsalı, 1,2 faizi və ya 1 milyon 37,6 min manatı isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal olunan və göstərilən xidmətlərin 96,1 faizini mədənçıxarma sənayesi, 2,7 faizini emal sənayesi, 0,8 faizini elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi, 0,4 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB