Azərbaycan ötən ay OPEC kvotasını təxminən 73 % istifadə edib
Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 621 min barel olub. SİA-nın Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bunun 499 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Bununla da Azərbaycan OPEC kvotasını 72,95 % istifadə edib.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB