Beynəlxalq hüquq sistemini məhv edən növbəti addım..?

Putin ikiqat vergitutma müqavilələrinin dayandırılması haqqında fərman imzalayıb
Beynəlxalq hüquq sistemini məhv edən növbəti addım..?

Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə ikiqat vergi müqavilələrinin dayandırılması haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, rəsmi biznes informasiya portalındakı sənəddə 40-a yaxın ölkənin, o cümlədən ABŞ, Avropa İttifaqı dövlətləri, Böyük Britaniya, Cənubi Koreya, Avstraliya, Yaponiya və s. yer alıb.

Fərmana əsasən, qərar bəzi ölkələrin Rusiya vətəndaşlarına və hüquqi şəxslərinə qarşı “qeyri-dost hərəkətləri” ilə əlaqədar “təcili tədbirlərin görülməsi zərurəti əsasında” qəbul edilib.

Putin hökumətə müvafiq qanun layihəsini hazırlayıb Dövlət Dumasına təqdim etməyi tapşırıb.

İkiqat vergi haqqında müqavilə bir ölkənin vergi rezidenti olan, lakin digər ölkədə gəlir əldə edən hüquqi və fiziki şəxslərə bir ölkədə vergi ödəməyə imkan verir.

Qeyd edək ki, məsələ ilə bağlı açıqlama verən hüquqşünaslar ikiqat vergitutma sazişinin dəqiq nə vaxt dayandırılacağı sualına cavab verməkdə çətinlik çəkiblər. Onlar Putinin imzaladığı fərmanı beynəlxalq hüquq sistemini məhv edən növbəti addım adlandırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə