Bakı şəhərində hansı nəqliyyat növü əlverişsizdir? - EKSPERT İZAH ETDİ

Bakı şəhərində hansı nəqliyyat növü əlverişsizdir? - EKSPERT İZAH ETDİ

"Bakı şəhərində hansı nəqliyyat növünün əlverişsiz olması məsələsinə turizm və əyləncə mövqeyindən yanaşmaq daha doğru olar. Dəniz taksiləri iki sahildə yerləşən şəhərlərdə reallaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, Bakı şəhərində bu nəqliyyat növü əlverişsizdir: "Bu sistem çox baha başa gələ bilər. Dəniz taksiləri fəaliyyətə başlasa, yəqin ki, bir bilet 5-6 manat civarında olacaq. 2-3 saatlıq yolu bu məbləğə qət etmək, təbii ki, vətəndaşa sərf etməyəcək. Həm də 1 manatlıq taksilər olduğu halda, bu nəqliyyata tələbat olmayacaq. Bu səbəbdən dəniz taksiləri məsələsinin reallaşmasında perspektiv görmürəm. Ancaq turizmin inkişafı üçün hər hansı bir şirkət tərəfindən dəniz taksilərinə yatırım edilə bilər. Hətta belə bir işin görülməsini dəstəkləyirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə