Ənənəvi suvenirlərdən ibarət sərgi-satış yarmarkası keçirilib
Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası çərçivəsində Azərbaycanın ənənəvi suvenirlərindən və mədəni irs nümunələrindən ibarət sərgi-satış yarmarkası da təşkil olunub.
Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə KOB subyektlərinin və “Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyinin üzvlərinin məhsulları da yer alıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, KOBİA-dan bildirilib ki, sərgidə gümüş və qızıldan hazırlanan zərgərlik məmulatları, taxta və dəridən hazırlanan əl işləri, kəlağayılar, milli ornamentlərlə hazırlanmış keramika məhsulları və s. nümayiş olunub.
Sərgi tədbirdə iştirak edən ICCIA-ya üzv dövlətlərin nümayəndə heyətləri və iş adamları tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB