Bakı metropolitenində hava şəraiti ilə əlaqədar işlər görülüb

Bakı metropolitenində hava şəraiti ilə əlaqədar işlər görülüb

Qısamüddətli güclü yağışla əlaqədar Bakı metropoliteninə əvvəlcədən daxil olmuş hava haqqında məlumatlara, həmçinin müvafiq tədbirlər planına uyğun işlər görülüb. SİA xəbər verir ki, bu xüsusda stansiyaların metropolitenin texniki zonasına şamil olunaraq açıq havada yerləşən bütün sahələri, həmçinin keçidlər və girişlər nəzarətə götürülüb, sərnişinlərin rahat və maneəsiz hərəkət etməsi təmin olunub.

Aparılan monitorinqlərlə ötən vaxt ərzində hər hansı problemin olmadığı müəyyənləşdirilib. Qatarların depodan xəttə verilməsi ilə bağlı problemlər yaşanmayıb. Gün ərzində nəzarət davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə