“Pul nişanların yeni qaydada dəyişdirilməsi vacibdir” - DEPUTAT DANIŞDI

“Pul nişanların yeni qaydada dəyişdirilməsi vacibdir” - DEPUTAT DANIŞDI

“Pul nişanları mütəmadi olaraq dəyişdirilir. Bu həm təhlükəsizlik, həm də yeni çağırışlar üçün uyğunluq baxımından edilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu dövriyyədə yeni pul əskinaslarının istifadəsinin asanlaşdırılmasına gətirib çıxarır: “Mərkəzi Bank tərəfindən mütəmadi olaraq köhnə əskinasların dövriyyədən çıxarılması həyata keçirilir. Amma nişanların yeni qaydada dəyişdirilməsi həm də bütövlükdə pul dövriyyəsinin yeni pullarla əvəzlənməsi baxımından vacibdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə