“Turizmin iqtisadiyyatda inkluzivliyi daha çoxdur“ - İQTİSADÇI ŞƏRH ETDİ
“Turizmin ümumdaxili məhsulda payına baxdığımız zaman bunun 2-2.5 faiz arasında dəyişdiyini görürük. Bu ilin 5 ayının statistikasında bu rəqəm 2.2 faizdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, rəqəm kiçik görünsə də, turizmin iqtisadiyyatda inkluzivliyi daha çoxdur: “Neft-qaz sektorunda əhalinin, biznes strukturlarının iştirak səviyyəsi aşağıdır. Ölkə iqtisadiyyatının üçdə birindən çoxunu neft-qaz sənayesi versə də, amma məşğulluq səviyyəsinə baxdıqda 50-60 mindən çox şəxs işləmir. Turizm iqtisadiyyatında isə tamamilə fərqli bir mənzərə mövcuddur. Belə ki, turizm kiçik biznes üçün də əlavə gəlir deməkdir. Bu isə ölkənin iqtisadi inkişafının əsas prioritetlərindən biridir. Kiçik biznesin fəallaşması ilə ölkənin həm də sosial problemləri həll olur.
Turizmin bir çox dolayı yol ilə də təsirləri olur. Məsələn, rayonlarda olan hər hansı turizm obyekti birbaşa kəndin iqtisadiyyatı üçün canlanma vəd edir. Eyni zamanda kiçik fermerlərin məhsullarının realizasiyası prosesində də mühüm rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB