Ötən gecə Azərbaycanda baş vermiş zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir. Bu barədə SİA-ya AAYDA-dan bildirilib. Qeyd ediib ki, saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra qurumun müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər: “Agentliyin mütəxəssisləri tərəfindən gecəboyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.
Gün ərzində də yoxlamalar davam etdirilir.
Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB