Neftin qiymətinin düşməsi iqtisadiyyatımız üçün təhlükəlidir? - İQTİSADÇI-EKSPERT
"Hazırda dünya bazarında neftin qiymətində azalma var. Həmin azalma Azərbaycan neftində də müşahidə olunur".
Bu sözləri SİA-ya verdiyi açıqlamada iqtisadçı-ekspert Akif Nəsirli bəyan edib.
O, qeyd edib ki, qarşıdakı iki-üç ayda neftin qiymətinin bir qədər də düşməsi gözlənilir: "Mən bunun uzun müddət davam edəcəyini, bu qiymət düşümünün kritik həddə çatacağını düşünmürəm. Sözsüz ki Azərbaycan neftinin düşməsi Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərən amillərdəndir. Çünki Azərbaycanın dövlət büdcəsi müəyyən qədər neftdən gələn gəlirlərdən asılıdır. Ondan əlavə, neftdən gələn gəlirlər Azərbaycan manatının dəyərinin nəzarətdə saxlanılmasına şərait yaradır. Hesab edirəm ki, neftin qiyməti 40 dollardan aşağı düşsə Azərbaycan iqtisadiyyatına ciddi zərbə dəyər. Belə təhlükə də hazırda aktual deyil. Sözsüz ki hazırda gəlirlərimiz müəyyən qədər azalır, lakin bu ciddi, kritik nöqtəyə çatmır. İlin sonuna qədər iqtisadiyyatımız üçün riskli bir qiymət düşümü gözlənilmir".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB