Əmlak bazarında qiymət artımına səbəb nədir? - EKSPERT DANIŞDI
“Hər il İpoteka və Kredit Zəmanət Fondu müəyyən ipoteka üçün müraciət edən şəxslərə maliyyə yardımı ayırdıqda əmlak bazarında çox ciddi artım baş verir. Nəzərə almalıyıq ki, ötən il satılan əmlakların təxminən 65%-i ipoteka krediti, bankdaxili və ya digər kredit şərtləri ilə satılan mənzillər oldu”. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, ipoteka predmetinə çevrilən mənzillər yeni tikili binalardakı çıxarışlı mənzillər və köhnə 9 mərtəbəli binalardakı mənzillər oldu: “İki, üç, dörd və daha çox beşmərtəbəli binaların əksəriyyəti istismar müddətini bitirdiyinə görə onlar ipoteka predmetinə çevrilə bilmir. Bu baxımdan hər il ipoteka kreditləri ayrılan vaxt əmlak bazarında həddindən çox müştəri olduğu üçün qiymət artımı baş verir. Yəni, əmlak bazarında qiymətlərin artmasına səbəb həm də alıcılıq qabiliyyətinin çox olmasıdır”.
Ekspert sözlərinə davam edərək bildirib ki, alternativ mənzillər olmadıqda artıq satışa çıxarılanların qiymətlərində artım müşahidə olunur: “Vətəndaşların əziyyət çəkdiyi məsələlərdən biri də mənzil tapmaqda yaranan problemlərdir. Doqquzmərtəbəli köhnə sovet binaları ipoteka ilə verilə bilir. Onların da sayı azdır. Yeni tikili binalarda mənzillərin ümumi sahəsi böyük olduğuna görə satış qiymətləri daha yüksək olur. Bu da ipoteka ilə mənzil alan vətəndaşlar üçün çətinlik yaradır. Əgər ekonom layihəli yeni binalar tikilərsə, vətəndaşların ev problemi aradan qalxa bilər. Belə olduğu halda mənzil üçün ilkin və aylıq ödənişlər az olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB