Çimərliklər tullantılardan təmizlənir -QURUM RƏSMİSİ AÇIQLADI
"Xəzər dənizinin sahillərini tullantılardan təmizləmək, hamılıqla bu aksiyalara qoşulmaq kimi çağırışlar hər il həyata keçirilir və bu cür aksiyalar da artıq ənənəyə çevrilib".

Bu sözləri SİA-ya verdiyi açıqlamada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib.
O qeyd edib ki, bu il də dəniz sahillərində, çay kənarlarında, yaşayış massivlərinin ətrafında, bir sözlə, Xəzər dənizini məişət tullantıları ilə çirkləndirən bütün mənbələrdə təmizlik işləri mövsüm boyunca hər həftənin şənbə günləri davam etdiriləcək: "Bu aksiyalara müxtəlif qurumlar, qeyri-hokumət təşkilatları, könüllülər və s. qoşularaq aktiv iştirak edirlər. Kütləvi şəkildə belə aksiyaları keçirməkdə məqsəd tullantıları ətraf mühitə deyil, tullantı qablarına atmaq, ərazilərin gözəlliyinə xələl gətirməməyə insanları təşviq etməkdir.
Bu, bir çağırışdır və ətraf mühitin qeydinə qalmağı, təbiət gözəlliklərinə hamılıqla sahib çıxmağı təşviq etməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB