"Hazırda"Cəfər Cabbarlı" stansiyasında təmir işləri gedir" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Hazırda"Cəfər Cabbarlı" stansiyasında təmir işləri gedir" - QURUM RƏSMİSİ BİLDİRDİ

"Hal-hazırda "Cəfər Cabbarlı" stansiyasının bir yolunda təmir işləri gedir. Orada işıqlandırma da daxil olmaqla əsaslı təmir işləri, eyni zamanda modernləşdirmə tədbirləri görülür. İşlər platforma səviyyəsində davam edir. İşlərin müəyyən mərhələsində təbii ki, ictimaiyyət nümayəndələrini, xüsusilə də medianı dəvət edəcəyik". Bu sözləri SİA-ya açıqlamasında"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, metropolitendə təmir, yenidənqurma işlərinin iki fərqli xüsusiyyəti var: "Bunlardan biri cari təmirdir. Cari təmir bütün stansiyalarda dövri olaraq aparılan qulluq, baxış, həmçinin hər hansı bir infrastrukturun hissələri ilə bağlı işlərdir. Məsələn, keçidlərdə pilləkənlər, eskalatorlar, platformaların hər birinin özünəməxsus xüsusiyyəti və tikinti norma qaydalarına uyğun olaraq təmir müddəti var. Əlbəttə ki, əsaslı təmir işləri əvvəlcədən planlaşdırılır. Müəyyən layihələr, hazırlıq tədbirləri həyata keçirildikdən sonra ictimaiyyət məlumatlandırılır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə