"184 minə yaxın mənzil istiliklə təmin olunub" - QURUM RƏSMİSİ AÇIQLADI
"Respublikanın dağ rayonlarında noyabrın 1-dən, Bakı şəhərində və ölkənin digər ərazilərində yaşayış binaları, sosial və təsərrüfat obyektlərinin noyabr ayının 15-dən istiliklə təmin edilməsinə başlanılmışdır". SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev deyib.
İ. Mirzəliyev qeyd edib ki, cəmiyyətə məxsus 562 qazanxana və 88 istilik məntəqəsi istismar edilməklə 3866 yaşayış binası, o cümlədən 184 minə yaxın mənzil, 286 məktəb, 160 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 2445 digər sosial və təsərrüfat obyektlərinin fasiləsiz və etibarlı istiliklə təmin olunmasına imkan vermişdir: "Bu məqsədlə 2022-ci ilin yekunları üzrə istehsal və maliyyə təsərrüfat fəaliyyəti haqqında ilkin hesabata əsasən 1759 QVt (1 512 740 Qkal) istilik enerjisi istehsal edilmişdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB