Yanvar-fevral aylarında 43,6 min ton neft koksu ixrac olunub

Cari ilin yanvar-fevral aylarında ölkədən 43,6 min ton neft koksu ixrac edilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, ixrac edilən məhsulun dəyəri isə 17 milyon 969,8 min ABŞ dolları olub.

Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 31 min tona yaxın və ya 5 milyon 837,6 min dollar dəyərində neft koksu ixrac edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə