Böyük korporasiyalar indi də Çindən gedirlər

Böyük korporasiyalar indi də Çindən gedirlər

Bu arada “Apple”, “Samsung”, “Microsoft”, “Google”, “Amazon” və bir çox digər qlobal informasiya texnologiyaları korporasiyaları öz istehsallarını təcili olaraq Çindən çıxardıqları barədə məlumatlar yayılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iş adamları Çindən asılılığı dayandırmaq üçün müəssisələrini Hindistana köçürürlər.

Onlar qeyd edirlər ki, 2022-ci ilin sonuna Hindistandan iPhone ixracının həcmi ümumi məbləği 2,5 milyard dolları ötüb.

Bu arada Rusiyanın “Kommersant” nəşri yazır ki, “Apple” hələ 2020-ci ildə “Mac” noutbukları ilə istehsalını Çindən çıxarmağa başlayıb. Bir neçə ay əvvəl o da məlum olmuşdu ki, “AirPods” və “Beats” qulaqlıqlarının istehsalı da Hindistana keçəcək. Bundan əlavə, Amazon FireTV televizorlarını da orada yığacaq.

Samsung, həmçinin Çin və Cənubi Koreyada məhsul istehsal etməkdən imtina edərək, smartfon və kompüter istehsalını Vyetnamda cəmləşdirir. “Google”, “ASUS” və “Dell” də belə etməkdədir. “HP” noutbuk istehsalını Tayvan və Taylanda köçürməyi düşünür.

Qeyd edək ki, “Kommersant”ın fikrincə, korporasiyaların hərəkətlərində həm siyasi, həm də iqtisadi motivlər var. Çünki ABŞ-la ticarət müharibəsi səbəbindən şirkətlər idxal rüsumlarını artırıb. Bundan əlavə, rəyçilər vurğulayırlar 2022-ci ildə Çinin ÜDM-i son 40 ildə rekord səviyyədə, 3 artıb.

Onu da qeyd edək ki, bir müddət bundan əvvəl “Reuters”, ABŞ prezidenti Cozef Bayden administrasiyasının Çin idxalına rüsumlara yenidən baxılması planı Tayvanda vəziyyətin gərginləşməsi səbəbindən iflasa uğradığı barədə yazmışdı.

Agentliyin mənbələrinə görə, Çindən gələn mallara tariflərin azaldılması təşəbbüsü ya Pekinin ticarət müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə hazır olmadığı, ya da “Tayvan hər şeyi dəyişdiyi” üçün təxirə salınıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə