Azərbaycanın mədəniyyət nümunələri YUNESKO-nun nadir əsərləri sırasında

Azərbaycanın mədəniyyət nümunələri YUNESKO-nun nadir əsərləri sırasında

"Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" isə YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi Azərbaycanın daha bir uğurudur.

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. YUNESKO irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün BMT-nin Nizamnaməsində elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməyi qarşısına vəzifə qoyub. Həmin dövrdən başlayaraq, bu günə qədər bura üzv olan dövlətlərin sayı artmışdır. Belə ki, hazırda 200-ə yaxın dövlət YUNESKO-nun üzvüdür. Bu ölkələr sırasında Azərbaycanın da adı və yeri var.

Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyətini xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir.

Cari ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri"nin isə YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını bir daha təsdiqləyir.

YUNESKO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun Xoşməramlı Səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" adlı çoxmillətli mədəniyyət nümunəsi, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan - ənənəvi Qarabağ atüstü oyunu və "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri"nin isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer almışdır.

Azərbaycan mədəniyyəti növlərindən olan "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" isə YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi qədim el sənətinə, mədəni irsimizə göstərilən qayğısının bariz nümunəsidir.

Ölkəmizin mədəniyyət həyatında baş verən bu tarixi hadisə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasına, ölkəmizin mədəniyyətinin inkişafına göstərdiyi yüksək dəstəyin və qayğının nəticəsidir. Hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri, mədəniyyət nümunələridir. Belə dəyərləri özündə ehtiva edən xalq qapısını dünyaya açır və sivilizasiyaların qovuşduğu məkan olaraq, təbliğ etdiyi zəngin irsi ilə kimliyi və tarixi haqqında geniş təsəvvür yaradır.

Göründüyü kimi, bu gün Azərbaycan müasir həyatımızda dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz diqqətə çəkilir, ona dövlət tərəfindən xüsusi diqqət və qayğı ayrılır. Bu münasibət Azərbaycanın dünyada imicinin daha da yüksəlməsinə təsirini göstərməkdədir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri sayəsində bu istiqamətdə görülən işlər Azərbaycanın tarixi, onun minilliklərin kəsiyində yaşanılan reallıqları, inkişaf prosesi daha da geniş coğrafi məkanda vüsət almaqdadır.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə