MTN ilə “Euronews” və “CNN” telekanalları arasında əməkdaşlıq davam etdirilir
Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyi dünyanın ən məşhur xəbər kanallarından olan "Euronews" və "CNN" kanalları ilə uğurlu əməkdaşlıq aparır. SİAnın məlumatına görə, təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik olan "Euronews" və "CNN" kanalları aparıcı beynəlxalq xəbər kanallarından hesab edilir.
Belə ki, 2017-ci il ərzində "CNN" kanalında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair reklam çarxlarının nümayişi, habelə CNNİnternational.com və CNN.com saytlarında müvafiq elektron banner kampaniyalarının təşkil olunması nəzərdə tutulur.
Bununla yanaşı, "Euronews" kanalında ölkəmizə həsr olunacaq reklam çarxlarının nümayişi ilə yanaşı "Postcards", "Cult", "Focus" və "Taste" proqramlarında müvafiq media plan üzrə ölkəmizin turizm potensialına dair xüsusi buraxılışların yayımlanması planlaşdırılır, habelə Euronews.com saytında müvafiq elektron banner kampaniyalarının təşkil olunması planlaşdırılır.
Beləliklə, "Euronews" və "CNN" kanalları ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın əsas məqsədi Azərbaycanın turizm potensialının təbliği ilə yanaşı xarici vətəndaşların ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları, hökumətin ictimaiyyətin bütün sferalarına, iqtisadi və mədəni həyatının inkişafına köklənmiş siyasəti ilə bağlı maarifləndirmə səviyyəsini artırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB