Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Beynəlxalq hava yolları şirkəti Türk Hava Yollarının ölkəmizdə fəaliyyət göstərən Bakı ofisinin müdiri Seyfullah İlyas ilə görüş keçirilib. SİA-nın məlumatına görə, ATMU-da rektor səlahiyyətlərini icra edən s.ü.f.d.,dos. Eldar Aslanov qonağı ali təhsil müəssisəsində salamlamaqdan, eyni zamanda Azərbaycan-Türkiyə arasında münasibətlərin dinamik inkişafı tendensiyasından məmnun olduğunu vurğulayaraq, Türkiyənin nüfuzlu univeristetləri ilə yaranmış əməkdaşlığın nəticəsində tələbə-müəllim mübadiləsi və təcrübə imkanlarından söhbət açıb.
E.Aslanov söhbət əsnasında Azərbaycan Turizm və Menecment Universitetinin Türk Hava Yolları ilə tədris, təlim və təcrübə sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini, bu baxımdan adı qeyd edilən şirkətdə ATMU tələbələri üçün təcrübə imkanlarının yaradılmasını, şirkət nümayəndələrinin tədris prosesində iştirakını hər iki tərəf üçün faydalı olacağına inandığını deyib. Tanışlıq görüşü zamanı yaxın günlərdə Türk Hava Yollarının Bakı ofisi ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında anlaşma memorandumunun bağlanması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB