"Kinematoqrafiya haqqında" qanun yaz sessiyasında müzakirəyə çıxarılacaq
"Kinematoqrafiya haqqında" qanun layihəsinin 2017-ci il yaz sessiyasında birinci oxunuşda müzakirələrə çıxarılacaq. SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov sözügedən komitənin iclasında deyib.
Sözügedən qanun layihəsi üzərində təkmilləşdirmələrin davam etdiyini deyən komitə sədri qeyd edib ki, bu sənəd Azərbaycanın kino həyatına, kinematoqrafiyanın inkişanın böyük töhfə və təkan verməlidir: " Odur ki, bir sıra sahələr üzrə mövcud olan bəzi istisnaların bu sahəyə də şamil olunmasını istəyir və nəzərdə tuturuq. Konkret olaraq, kinematoqrafiyanın, kino sənətinin bir sıra vergi və gömrük rüsumlarından azad olunmasının müvafiq qanunda əksini tapmasını və reallıqda işləməsini istəyirik. Bununla da bağlı həm komitə, həm də Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi tərəfindən aidiyyatı qurumlarla müzakirələr, məsləhətləşmələr davam edir. Bu baxımdan hesab edirəm ki, qanun layihəsi bu ilin yaz sessiyasının əvvəllərində plenar iclaslardan birinin müzakirəsinə çıxarıla bilər. Çünki qanunun qəbuluna böyük ehtiyac var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB