Bir-birinin ardınca yeni səhnə əsərləri hazırlayan Sumqayıt Dövlət Dram teatrı yaxın günlərdə (Marsel Berkye Marinye) "Oğru" tamaşasını təhvil verəcək. SİA-nın məlumatına görə, rejissor Rövşən Almuradlının quruluş verdiyi tamaşa komediya janrında yazılmışdır. Komediyanın sujetində bütün tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.
Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB