Mədəniyyət və Turizm İdarəsi yeni təyinatlar edib

Mədəniyyət və Turizm İdarəsi yeni təyinatlar edib

Mədəniyyət və Turizm İdarəsi yeni təyinatlar edib. SİA-nın verdiyi xəbərə görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsaslanaraq, şəbəkəsinə daxil olan Mərdəkan Mədəniyyət sarayının direktoru vəzifəsinə Mirzəyev Əliağa Sabir oğlu və Əmircan qəsəbə Mədəniyyət evinin direktoru vəzifəsinə Quliyev Hüseyn Nadirqulu oğlu təyin olunublar.

Həmçinin, Ağayev Vüqar Elşad oğlu H.Abbasov adına Mədəniyyət evinin direktoru və Manafov Nizami Ramiz oğlu Nizami adına Mədəniyyət mərkəzinin direktoru vəzifəsinə seçilib.

Qeyd edək ki, müvafiq dəyişikliklər mədəniyyət ocaqlarında yeni iş sisteminin qurulması və gücləndirilməsi üçün həyata keçirilir.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə