Natəvan qalereyasında "Sehrli anlar" adlı sərgi açılacaq. Qalereyadan SİA-ya verilən xəbərə görə, martın 18-də gerçəkləşəcək sərgidə Aydan Məmmədovanın tələbələrinin rəsm işləri nümayiş olunacaq. Təqdim olunacaq rəsm əsərləri fərqli mövzuları əhatə edəcək. Əsrarəngiz peyzajlar, bir-birindən fərqli portretlər, natürmortlar və başqa əsərlər sərginin rəsm nümunələri arasında yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB