ATMU-nun tələbələri xaricdə təhsillərini başa vurub

ATMU-nun tələbələri xaricdə təhsillərini başa vurub

ATMU-nun bir qrup tələbəsi xaricdə 1 semestr təhsili uğurla başa vurub. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Turizm və Menecment Universitetinin bir qrup tələbəsi 2015/ 2016-cı tədris ilində xarici ölkə universitetlərində təhsil almaq imkanı qazanıb.

Universitetin 5 nəfər tələbəsi Mövlanə mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Ege, Akdeniz, Gazi və Kastamonu universitetlərində bir semestr- turizm, biznes idarəçiliyi və qida mühəndisliyi ixtisasları üzrə təhsil alıblar. Mövlanə mübadilə proqramı çərçivəsində öz təhsillərini uğurla başa vuran tələbələr hazırda doğma universitetdə təhsillərini davam etdirirlər.

Qeyd edək ki, ATMU tələbələrindən 2 nəfər Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetində, 2 nəfər isə Almaniyanın Yade Universitetində təhsillərini nəzərdə tutulduğu müddətdə uğurla başa çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə