Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 4-cü Sankt Peterburq Beynəlxalq Mədəniyyət Forumunda iştirak edib. SİA-nın verdiyi xəbərə görə, 14-16 dekabr 2015-ci il tarixində Rusiyanın Sankt Peterburq şəhərində 4-cü Sankt Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilib. Forumun Baş qərargahı Ermitaj Atriumda keçirilən açılışda Rusiyanın prezidenti Vladimir Putin, YUNESKO-nun baş direktoru İrina Bokova, Rusiya Muzeylər Assosiasiyasının prezidenti, Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski iştirak edib.
Forumda Azərbaycan Respublikasını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə giriş sözü ilə çıxış edən Rusiya Prezidenti Vladimir Putin mədəni mülkiyyətin qorunması istiqamətində mübarizədə beynəlxalq səylərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
YUNESKO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləri olub.
Tədbir çərçivəsində Mariinski Teatrında təşkil olunmuş Forumun açılış mərasiminə həsr olunan rəsmi ziyafətdə Rusiyanın Prezidenti Vladimir Putin və digər rəsmi şəxslər iştirak edib.
Qeyd edək ki, 3 gün davam edəcək tədbirdə iştirakçılar şəhərin 82 müxtəlif yerlərində keçiriləcək 250-dən çox mədəni hadisənin iştirakçısı olacaq. Doqquz minə yaxın iştirakçı olan forumda 40-dan çox ölkənin mədəniyyət naziri iştirak edib. Forum 12 müxtəlif bölmədən ibarətdir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB