Sankt-Peterburqun qubernatoru cənab Q. S. Poltavçenkonun Azərbaycana səfəri çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ölkəmizin və Sankt-Peterburqun turizm sənayesi nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nazirliyin Turizm şöbəsinin Marketinq sektorunun müdiri Emil Səfərov Azərbaycanın turizm potensialı barəsində, həmçinin, Nazirlik tərəfindən son illər ərzində Sankt-Peterburq da daxil olmaqla, Rusiya Federasiyasında aparılan fəaliyyət barədə məlumat verərək video təqdimatla çıxış edib.
Daha sonra Sankt-Peterburqun Turizmin İnkişafı üzrə Komitəsi yanında şəhər turizm informasiya bürosunun direktor müavini Valeriy Malışeva Sankt-Peterbuqun turizm potensialı barəsində təqdimatla çıxış edib.
20-dən artıq turizm şirkətinin iştirak etdiyi tədbir ikitərəfli görüşlər formatında davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB