Azsaylı xalqların milli geyimləri sərgilənəcək

Azsaylı xalqların milli geyimləri sərgilənəcək

Azərbaycanda yaşayan azsaylı xalqların milli geyimləri ilə bağlı sərgi təşkil ediləcək. SİA-nın məlumatına görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə bu ilin payızında keçiriləcək.

Mərkəzdən bildirilib ki, sərgiyə hazırlıq işləri gedir.

Qeyd edək ki, ötən il qurum tərəfindən "Azərbaycan milli geyimləri rəssamların gözü ilə" mövzusunda respublika sərgisi keçirilib. Hazırda bu sərginin kataloqu hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə