“5 otaq” adlı sərgi açılıb

Muzey Mərkəzinin İncəsənət Qalereyasında "5 otaq" adlı sərgi açılıb. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Xalq Rəssamı, Rəssamlar İttifaqının katibi Ağali İbrahimov sərgini açaraq "5 otaq" layihəsi yaxın vaxtlarda yaradılmış, lakin artıq səmərəli fəaliyyət göstərən "Libra" qrupunun yaradıcılığında böyük addım olduğunu diqqətə çatdırıb.

Ekspozisiyada rəssamlardan Arzu Rzayev, Anar Qəmbərli, Namiq İsmayılzadə, Malik İsmayılzadə və Nazim Şahın əsərləri sərgilənir.

Xalq Rəssamı Arif Hüseynov "Libra" kollektivinin yaradıcılığını yüksək qiymətləndirərək vurğulayıb ki, sərgidə təqdim edilən əsərlərin hər biri çox gözəl və maraqlıdır.

Qeyd edək ki, sərgi fevralın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə