Niyazinin mənzil-muzeyinin 20 illiyi qeyd olunacaq

Niyazinin mənzil-muzeyinin 20 illiyi qeyd olunacaq

Sentyabrın 19-da Azərbaycan Dövlət Musiqi Mədəniyyətinin filialı olan Niyazinin mənzil-muzeyinin yaranmasının 20 illiyi qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, mərasimdə görkəmli dirijor və bəstəkarın yaradıcılığı, onun musiqi mədəniyyətimizə töhfələrindən söhbət açılacaq, xatirələr söyləniləcək, muzeyin yaranma tarixi haqqında məlumat veriləcək, geniş konsert proqramı təqdim olunacaq.

Maestro Niyazinin iyirmi il bundan öncə açılan mənzil-muzeyində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak edib və muzeyin "Qonaqlar" kitabına öz ürək sözlərini yazıb. Niyazinin mənzil-muzeyinin kolleksiyasında 6500-ə yaxın eksponat qorunub saxlanılır. Bunlar əsasən Niyazinin müəllif not əlyazmaları, sənədləri, kitabları, afişaları, rəsm əsərləri, qramvalları, fotoşəkilləri, şəxsi əşyaları və digər materiallardır. Onlardan 1200-ü muzeyin daimi ekspozisiyasında nümayiş olunur. Burada müntəzəm olaraq görüşlər, yaradıcılıq və xatirə gecələri, konsertlər, sərgilər təşkil olunur. 2008-ci ildən muzeyin nəzdində Klassik Musiqi Həvəskarları Klubu fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə