Əbülfəs Qarayev Qəbələdə şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabr ayının 10-da saat 11:00-da Qəbələ şəhərində Mədəniyyət Mərkəzində ( 28 may küçəsi, 40) Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə