Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi qeyd olunacaq
Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, xalq artisti, Dövlət mükafatları laureatı, sənətşünaslıq doktoru, professor Amaliya Pənahovanın səhnə fəaliyyətinin 50 illiyi beynəlxalq teatr layihəsi ilə qeyd olunacaq. Teatrdan SİA-ya verilən məlumata görə, Amaliya Pənahovanın səhnə fəaliyyətinin yubileyini məşhur polşalı teatr və kino xadimi, rejissor Kşiştof Zanussi müəllifi olduğu pyesi ilə təbrik edəcək.
Zanusinin quruluş verdiyi "Qadın oyunları" tamaşası Amaliya Pənahovanın benefisidir. Bu günlər Polşada və Varşavada xalq artistinin və həmkarlarının iştirakı ilə gərgin məşqləri davam edir. Mayın sonunda təhvil veriləcək tamaşanın premyerası Bakıda iyun ayında olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB