Özbəkistanda keçirilən festivallarda Azərbaycanın zəngin mədəniyyəti nümayiş etdirilib FOTOLAR
Daşkənd Nəqliyyat Kollecində dünya xalqlarının mədəniyyətləri mövzusunda festival keçirilib. SİA-nın məlumatına görə, festivalda Cənubi Koreya, Qazaxıstan, Rusiya Federasiyası, Tacikistan, Misir, İran, Hindistan, Çexiya və s. ölkələr iştirak ediblər. Festivalda Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan stendi yaradılıb. Azərbaycanın mədəniyyətini, turizm gözəlliklərini əks etdirən rəsmlər və şəkillər nümayiş olunub, Azərbaycan mətbəxinin, milli kulinariyasına aid yeməklər, şirniyyatlar, tarixi abidələrə dair şəkillər, suvenirlər nümayiş etdirilib. Festivalda Azərbaycan milli rəqsləri ifa edilib.
Tədbirin sonunda Azərbaycan guşəsinin təşkilinə və mədəni irsimizin nümayiş etdirilməsində fərqləndiyinə görə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəxri diplomla təltif olunub. Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdindəki "Daşkənd Beynəlxalq Məktəbi"ndə dünya xalqlarının mədəniyyəti festivalı keçirilib.
Festivalda Özbəkistan, ABŞ, Rusiya Federasiyası, Türkiyə, Hindistan, Pakistan, Əfqanıstan, İtaliya, Gürcüstan, Qazaxıstan və s. ölkələr iştirak etmiş və öz mədəniyyətlərinə dair guşələri nümayiş etdiriblər. Azərbaycanın Özbəkistandakı Səfirliyinin və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi guşədə Azərbaycan mədəniyyətinə dair kitablar, suvenirlər, milli musiqi alətləri və milli yeməklərimiz nümayiş etdirilmib. Məktəblilər və qonaqlar Azərbaycan guşəsinə böyük maraq göstərmiş və Azərbaycan guşəsinin təşkili Təşkilat Komitəsi tərəfindən yüksək qiymətləndirilib. Festivalı açılışında Mədəniyyət Mərkəzinin rəqs kollektivinin Azərbaycan milli rəqslərini ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB