Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvintetinin konserti olacaq
Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti ilk dəfə olaraq Bakıda çıxış edəcək. SİA-nın verdiyi xəbərə görə, Heydər Əliyev Mərkəzinin mədəniyyətin inkişafına dəstək, dünya incəsənət nümunələrinin Azərbaycanda təbliği layihəsi çərçivəsində təşkil olunan klassik musiqi gecəsində dünya şöhrətli bəstəkarlar Motsart, Anton Reyxa, Dalius Milhaud və Karl Nilsenin əsərləri səslənəcək.
Nəzərinizə çatdıraq ki, Berlin Filarmoniyasının Nəfəsli Alətlər Kvinteti 1988-ci ildə yaradılıb. O, Berlin Filarmoniyasının tarixində təsis olunmuş ilk daimi kvintetdir. 25 ildir fəaliyyət göstərən kvintetin Maykl Hazel (fleyta), Andreas Vitman (qoboy), Volter Seyfars (klarnet), Ferqus MakVilyam (truba), Marion Reinhard (faqot) üzvləridir.
Qeyd edək ki, konsert noyabrın 23-ü saat 19:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 10, 15, 20 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB