Dekabr ayının 3-5 tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Romualdo del Bianko Fondunun dəvətinə əsasən İtaliya Respublikasının Florensiya əyalətinə səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Romualdo del Bianko Fondu ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında gələcək əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasiminin və Florensiya əyalətinin prezidenti Andrea Barduçi, əyalətin Mədəniyyət üzrə Konsulu Sercio Civoni, Romualdo del Bianko Fondunun Prezidenti Paolo Del Bianko, İCOMOS İtaliya təşkilatının Prezidenti Marurizio di Stefano və YUNESKO Ümumdünya İrs Obyektləri İtalyan Assosiasiyasının rəhbəri Karlo Françini ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, görüşlərdə "Life Beyond Tourism" portalında ölkəmizin mədəniyyətinin və irsinin təbliğ edilməsi, 2013-cü ildə Florensiyada "Azərbaycan irsi festivalı" adlı tədbirin təşkili, ölkəmizdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Milli Komitəsinin (İCOMOS Azərbaycan) yaradılması, 18 aprel - Dünya İrs Günü ilə bağlı qarşılıqlı layihələrin icrası məsələləri müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB